AZ

Transxəzər Nəqliyyat Dəhlizi "yaşıl ammonyak"ın idxalına imkan yarada bilər - Avropa İttifaqı

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TCTC) Mərkəzi Asiyalayihələri çərçivəsində “yaşıl ammonyak"ın Xəzər dənizi vasitəsiləidxalı üçün imkan yarada bilər.

Trend xəbər verirki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Hesabatda qeyd olunur ki, etibarlı enerji təchizatının təminedilməsi əsas vəzifələrdən biridir və bu, həm ənənəvi fosil yanacaqtədarükünün şaxələndirilməsini, həm də bərpa olunan enerjimənbələrinə (BEM) keçidi əhatə edir.

“Aİ-nin uzunmüddətli planı BEM-in inkişafına və enerjisəmərəliliyinin artırılmasına yönəlib ki, bu da fosil yanacaqlardanasılılığın azaldılmasının ən effektiv yoludur. Dayanıqlı enerjibalansına uğurlu keçid üçün bütün sektorların, o cümlədən əksərregionlar üçün xüsusilə mühüm olan isitmə sahəsininelektrikləşdirilməsinin artımına üstünlük verilməsi də son dərəcəvacibdir. Artıq regionda enerji balansına getdikcə daha çox təsirgöstərən iri miqyaslı BEM layihələri həyata keçirilir. BunlaraCənubi Qafqazda yeni külək və günəş elektrik stansiyaları –Azərbaycanda gücü 240 MVt olan Xızı–Abşeron külək elektrikstansiyası və Ermənistanda gücü 200 MVt olan Ayg-1 günəş elektrikstansiyası daxildir. Qara dəniz də əsas zonalardan biridir:Rumıniya dənizdə külək parklarının tikintisi planlarını irəliaparır. Qazaxıstanda ambisiyalı “Hyrasia One” layihəsi külək vəgünəş generasiyasından istifadə etməklə ildə 2 milyon tona qədər“yaşıl hidrogen" istehsalını hədəfləyir. Bununla yanaşı,“TotalEnergies” şirkətinin gücü 1 QVt olan “Mirnıy” küləkstansiyası və “ACWA Power” şirkətinin gücü 1 QVt olan “Zhetysu”layihəsi kimi iri bərpa olunan enerji layihələri də mövcuddur”, –deyə hesabatda bildirilir.

Bununla belə, analitiklər vurğulayırlar ki, bu güclərin inşası,BEM üçün zəruri şəbəkə və bazar əlaqələrinin yaradılması, eləcə dəməişət və sənaye isitmə sistemlərinin elektrikləşdirilməsi zamantələb edir.

“Bu müddətdə diqqət keçid dövründə sabitliyi təmin etməkməqsədilə mövcud qaz tədarükünün şaxələndirilməsinə yönəldilir. Bu,Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) kimi mövcudinfrastruktur vasitəsilə həyata keçirilir; həmin xətt Cənub QazDəhlizi (CQD) üzrə Xəzər qazını şimala nəql edir.

Təhlükəsizliyə əlavə zəmanəti Aleksandrupolis kimi yeniterminallardan mayeləşdirilmiş təbii qazın (LNG) ikitərəfli axınınımümkün edən BRUA dəhlizi (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya)verir. Rumıniyada yaxın zamanda istismara veriləcək "Neptun Deep"dəniz yatağı iri daxili mənbə təmin edəcək, Ukraynanın yeraltı qazanbarları isə qonşular üçün mühüm mövsümi enerji ehtiyatı rolunuoynayır”, – hesabatda qeyd olunur.

Tədqiqatda vurğulanır ki, aşağı karbonlu enerji balansına keçidüçün bəzi qaz marşrutlarının modernləşdirilməsi tələb olunabilər.

“Bəzi hallarda bu, hidrogen və "yaşıl yanacaq" üçün yenidəntəchizatlandırmanı da əhatə edə bilər. Enerji keçidinin əsaselementlərindən biri Ukraynanın qaz şəbəkəsinin Mərkəzi AvropaHidrogen Dəhlizi çərçivəsində hidrogenin nəqlinə hazırlanmasıplanıdır. Bu isə uyğunluğun təmin edilməsi üçün Ukrayna, Slovakiyavə Almaniyanın ötürücü sistem operatorları (TSO) tərəfindən texnikiyoxlamalar tələb edir. Sözügedən dəhliz mövcud boru kəmərlərindənistifadə etməklə təxminən 2030-cu ilədək Ukraynanın "yaşılhidrogen"inin Mərkəzi Avropaya tədarükünü nəzərdə tutur. Bundanəlavə, Xəzər dənizi üzərindən TCTC kimi yeni logistika marşrutlarıMərkəzi Asiya layihələri çərçivəsində "yaşıl ammonyak"ın idxalıüçün yol aça, ticarəti ənənəvi enerji axınlarından kənardaşaxələndirə bilər”, – tədqiqatda qeyd edilib.

Seçilən
33
1
az.trend.az

2Mənbələr