AZ

“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...

Sabunçu rayonunda lombard fəaliyyəti ilə məşğul olan qadın həbs edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda mənimsəmədə və dələduzluqda təqsirli bilinib.

Türkanə Bakıxanov qəsəbəsində lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə 17 nəfərin etibarından sui-istifadə etməkdə ittiham olunub.

İş materiallarında yazılıb ki, T.Ağayeva müştərilərdən lombard krediti adı altında girov götürdüyü qızıl-zinət əşyalarını kreditlər tam ödənildikdən sonra geri qaytarmayıb. Bundan əlavə o, lombard və bank hərraclarından qızılları ucuz qiymətə alıb baha satmaqla gəlir əldə edəcəyini vəd edərək müxtəlif şəxslərin nağd və bank kartları vasitəsilə pul və qızıl əşyalarını ələ keçirib.

Ümumilikdə “Lombard Türkanə” kimi tanınan şəxsin zərərçəkmişlərə vurduğu ziyanın məbləği 400 min manata yaxındır.

Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst mühakimə edilən xanım müttəhim ittihamlarla razılaşmasa da toplanmış sübutlar əsasında təqsiri bilinib. Hökmə əsasən, Türkanə 5 il 8 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Seçilən
9
9
fed.az

10Mənbələr