AZ

Kukurellanı canlı yayımda gözlənilmədən Traore ilə qarşılaşdı VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Çelsi”nin müdafiəçisi Mark Kukurella İspaniya telekanallarından birinə müsahibə verərkən gözlənilməz hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, canlı yayım zamanı qəfil efirə Adama Traore(“Vest Hem”in futbolçusu) qoşulub və bu, futbolçunun açıq şəkildə narahatlığına səbəb olub. Kukurella həmin anda əsəbi şəkildə alqışlayaraq vəziyyəti yumşaltmağa çalışıb. Müsahibədən cəmi bir neçə saniyə əvvəl ispaniyalı futbolçu küçədə Traore ilə qarşılaşsa, onunla salamlaşmağa cəsarət etməyəcəyini demişdi. O, bildirib ki, baş verənlərə baxmayaraq, hazırda özünü rahat hiss edir, çünki onları ekran ayırır.

Qeyd edək ki, bir həftə əvvəl İngiltərə Liqa Kubokunun oyununda Adama Traore Kukurellanı kobud şəkildə meydandan kənara atmışdı. Bu, iki rəqib komanda üzvlərinin toqquşması ilə nəticələnmişdi. Oyun “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə bitmişdi.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr