AZ

Azərbaycan Türkiyədən bu məhsulların idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,404 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,9 % çoxdur.

Hesabat dövründə Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 0,1 % artaraq 317,552 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ 58,09 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 10,4 % çox), İtaliya 22,446 milyon ABŞ dolları (3,1 % çox) və Almaniya 18,506 milyon ABŞ dolları (19,3 % az) həyata keçirib.

"Cebheinfo.az"

Seçilən
10
2
cebheinfo.az

3Mənbələr