AZ

Yeni nəsil NKA-larla dövriyyə 13%-dən çox artıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqiistiqamətində işlər davam etdirilir.

Trend dövlətxidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində110.694 ədəd belə NKA quraşdırılıb.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmalarındaha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsininqarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinəimkan yaradıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında yeni nəsil NKA-larvasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.Vurğulanıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə268,8 milyon manat, yaxud 13,3 faiz çoxdur.

Seçilən
27
2
az.trend.az

7Mənbələr