AZ

İran razılaşmaya hazırdır, ABŞ isə… Tramp KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır. Lakin ABŞ razılaşmaya nail olmağa tələsmir.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İranla bağlı çox yaxşı danışıqlar aparıblar:

“İran razılaşma əldə etməyə çox can atır. Bu razılaşmanın nədən ibarət olduğunu da görəcəyik. Keçən dəfə onlar razılaşmamaq qərarına gəlmişdilər. Amma bu dəfə fərqli ola bilər. Bizim kifayət qədər vaxtımız var. Venesuelaya baxsanız görərsiniz ki, bir müddət gözlədik. Biz İranla bağlı tələsmirik”, – Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
12
konkret.az

10Mənbələr