AZ

Orta Dəhlizin uzunmüddətli dayanıqlığının təmin olunması üçün özəl investisiyalar zəruridir - Avropa İttifaqı

Bakı. Trend:

Özəl investisiyaların cəlb edilməsi nəqliyyat infrastrukturununinkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uzunmüddətlidayanıqlığının təmin olunması baxımından həlledici əhəmiyyətdaşıyır.

Trend xəbər verirki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Tədqiqata əsasən, özəl iştirakçılar təkcə kapital təmin etməkləkifayətlənmir, eyni zamanda səmərəlilik, innovasiyalar və əməliyyatintizamı gətirirlər ki, bu da nəqliyyat xidmətlərinin keyfiyyətinivə etibarlılığını əhəmiyyətli dərəcədə artıra bilər.

Qeyd olunur ki, xüsusilə Avropa və digər beynəlxalq şirkətləriniştirakı qiymətli bazar təcrübəsi, innovasiya potensialı vədayanıqlı logistika, “yaşıl texnologiyalar" və rəqəmsallaşmasahələrində ən yaxşı təcrübələrə çıxış imkanı yarada bilər.

“Bu potensialın reallaşdırılması üçün hökumətlər və regionalinstitutlar dövlət-özəl tərəfdaşlığını təşviq edən və investisiyarisklərini azaldan siyasət çərçivələrini gücləndirməlidirlər.Buraya şəffaf satınalma prosedurlarının müəyyən edilməsi, normativstandartların harmonizasiyası, eləcə də xərclərin ödənilməsi vəgəlirlərin bölüşdürülməsi üzrə aydın mexanizmlərin hazırlanmasıdaxildir.

İnvestorlar üçün proqnozlaşdırılan və cəlbedici şəraityaradaraq, Orta Dəhliz boyunca yerləşən ölkələr həm yerli, həm dəbeynəlxalq şirkətlərin daha fəal iştirakını stimullaşdıra, kritikəhəmiyyətli layihələrin icrasını sürətləndirə və regionda müasir,dayanıqlı və qarşılıqlı uyğun nəqliyyat şəbəkəsinin formalaşmasınatöhfə verə bilərlər”, – deyə Aİ-nin hesabatında bildirir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Seçilən
26
2
az.trend.az

3Mənbələr