AZ

Türk dünyasına AĞIR İTKİ

Ajans.az xəbər verir ki, onun vəfatı təkcə Özbəkistan üçün deyil, bütün türk dünyası üçün ağır itkidir. Babaxan Şərif Özbəkistanda doğulsa da, düşüncəsi, fəaliyyəti və mənəvi bağlılığı ilə bütün türk dünyasının övladı idi. Türk xalqları arasında mədəni körpülərin qurulması, ədəbi və mənəvi yaxınlığın güclənməsi onun həyat missiyasına çevrilmişdi. O, Azərbaycanı sevən, bu ölkənin dərdi və sevinci ilə yaşayan ziyalılardan biri kimi tanınırdı. Bu səbəbdən də Babaxan Şərif "Yeni Müsavat" Media Qrupunun da xüsusi hörmət və sevgi ilə yanaşdığı dəyərli türk aydını idi. Onu yaxından tanıyanların yazdıqları xatirələr Babaxan Şərifin necə saf, mərhəmətli və nəcib bir insan olduğunu bir daha göstərir. Yaxın çevrəsinin sözlərinə görə, yaxşı insanların ölümü insanı həyata bir müddətlik küsdürür, zaman sanki dayanır. Babaxan Şərif də məhz belə insanlardan idi – varlığı ilə sakitlik və etibar yaradan, sözü ilə könüllərə yol tapan bir ziyalı. Onun ailəsi ilə qurduğu isti münasibətlər, dostlarına göstərdiyi ata qayğısı, həyat yoldaşı və yaxınları ilə formalaşdırdığı ziyalı və ahəngdar ailə mühiti onu tanıyan hər kəs üçün örnək idi. Yaxınlarının söylədiyi kimi, Babaxan Şərifdən öyrəniləcək çox şey vardı – insanlıq, sədaqət, təvazökarlıq və türk kimliyinə sədaqət. Babaxan Şərifin vəfatı xüsusilə həyat yoldaşı Rəziyyə xanım və ailəsi üçün dərin bir dərddir. Bu itki ilə bir ev deyil, bir ziyalı ocağı kədərə bürünüb.

"Yeni Müasavat" Media Qrupu olaraq mərhum Babaxan Şərifə Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün türk dünyasına səbir və başsağlığı veririk.musavat

Seçilən
9
Ajans.az

1Mənbələr