AZ

Azərbaycan neftinin qiyməti 70 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları və ya 1,33 % artaraq 70,7 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 71,4 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,92 ABŞ dolları və ya 1,37 % artaraq 68,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
18
8
olke.az

10Mənbələr