Fevralın 6-da Omanda İranla aparılan dolayı danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun çox yaxşı müzakirələr apardığını bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti jurnalistlərə açıqlamasında gələn həftə daha bir raund danışıqlar keçirəcəyinə dair söz verib.
“Gələn həftənin əvvəlində yenidən görüşəcəyik” - Tramp belə deyib.
İran da öz növbəsində, ABŞ ilə gələcək danışıqları səbirsizliklə gözlədiyini bildirib və Omandakı danışıqlar zamanı yaradılan müsbət atmosferi alqışlayıb.