AZ

II "GİNius" intellektual yarışı başladı

Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar üçün qurumlararası II "GİNius" intellektual yarışına start verilib.

Hafta.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Ramil Cabbarov yarışın əsas məqsədinin gənc əməkdaşlarda komanda ruhunu yüksəltmək, operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək və qurumlararası əlaqələri möhkəmləndirmək olduğunu diqqətə çatdırıb.

"Bir neçə ildir ki, Gənclər Günü çərçivəsində yeni ənənə yaranıb. Belə ki, həmin təqvim günü ilə əlaqədar Gənclər Həftəsi elan edirik. Həftəyə Azərbaycan Gənclər Forumu ilə start verdik. Daha sonra Xankəndidə, Gənclər Paytaxtı Goranboyda çoxsaylı tədbirlər təşkil etdik. Bu ənənə bundan sonra da davam edəcək. Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətində önəmli yeri olan intellektual hərəkatı da məhz Gənclər Həftəsinin tərkibində təşkil etməyi nəzərdə tutduq. Yarışda iştirak edən hər bir komandaya minnətdarlığımızı ifadə edir, uğurlar arzulayırıq", - deyə R.Cabbarov bildirib.

Daha sonra yarışa start verilib.

İlk oyunda A qrupunda yer alan 20 komanda mübarizə aparır.

A qrupuna daxil olan komandalar:

1. Azərbaycan Beynəlxalq Bankı

2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

3. “Azərişıq” ASC

4. Elm və Təhsil Nazirliyi

5. Ədliyyə Nazirliyi

6. Qida Təhlükəsizliyi Agentliyi

7. SOCAR

8. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

9. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

10. Dövlət Vergi Xidməti

11. Azərbaycan Dövlət Reklam Agentliyi

12. Məhkəmə-Hüquq Şurası

13. Energetika Nazirliyi

14. İqtisadiyyat Nazirliyi

15. Xarici İşlər Nazirliyi

16. Aqrarkredit QSC

17. Heydər Əliyev Mərkəzi

18. Kənd Təsərrüfatı Nazirliyi

19. AZCON Holding

20. Dövlət Ehtiyatları Agentliyi.

Yarış 3 mərhələdə, ümumilikdə 7 oyun olmaqla (4 seçmə, 2 yarımfinal, 1 final) keçiriləcək. Final oyunun isə mayın 10-da keçirilməsi nəzərdə tutulur.

Seçilən
1
4
hafta.az

5Mənbələr