AZ

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13,3 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.

İndiyədək ölkə ərazisində 110.694 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 268,8 milyon manat, yaxud 13,3 faiz çoxdur.

Seçilən
10
5
fed.az

7Mənbələr