AZ

Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

Britaniyalı məşhur repçi Sentral Si İslamı qəbul etdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, o, sosial şəbəkələrdə paylaşdığı açıqlamada canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.

“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.

İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.

Bəzi izləyicilər Sentral Sininrəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.

Sentral Si yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib.




Seçilən
4
6
kulis.az

7Mənbələr