AZ

Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə Merlər Razılaşmasına həsr olunmuş tədbir keçirəcək (ÖZƏL)

Bakı. Trend:

Avropa İttifaqı Naxçıvanda İqlim və Enerji üzrə MerlərRazılaşmasına həsr olunmuş tədbir keçirəcək.

Bunu Trend-əAvropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç beşincigənclər "Avropa viktorinası" çərçivəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə Avropa İttifaqı Azərbaycanlaəlaqəlilik sahəsində əməkdaşlığın genişləndirilməsini gözləyir.

"Əlaqəlilik - ilin sözüdür. Bu anlayış energetika və rəqəmsalinfrastrukturdan tutmuş dəmir yollarına, avtomobil yollarına və birçox digər sahələrə qədər geniş istiqamətləri ehtiva edir”,- deyədiplomat vurğulayıb.

Səfirin sözlərinə görə, hazırda Aİ ilə Azərbaycan arasındamünasibətlər müsbət mərhələdədir və Avropa İttifaqı fəaləməkdaşlığı davam etdirməyə hazırdır.

Kuyundziç qeyd edib ki, 2026-cı il ərzində humanitar və təhsiləlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra ənənəvitədbirlərin keçirilməsi planlaşdırılır. Onların sırasında "Study inEurope", "Taste in Europe", "Eurovillage" və digər təşəbbüslər yeralır.

O, həmçinin bildirib ki, növbəti tədbir Covenant of Mayors(Merlər Razılaşması ) proqramı çərçivəsində gələn həftə Naxçıvandakeçiriləcək.

Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşmasıtəşəbbüsü ilk dəfə 2008-ci ildə İqlim və Enerji Paketinin qəbuledilməsindən sonra Avropa Komissiyası tərəfindən dayanıqlı enerjisiyasətinin hazırlanması və həyata keçirilməsində yerliözünüidarəetmə orqanları tərəfindən göstərilən səylərindəstəklənməsi məqsədilə irəli sürüldü və 2015-ci ildən MerlərRazılaşması təşəbbüsü qlobal miqyas almağa başlayıb.

Merlər Razılaşmasının əsas hədəfləri aşağıdakılardanibarətdir:

· enerji səmərəliliyi tədbirlərini həyata keçirmək və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilikeffekti yaradan qaz (İEYQ) emissiyalarını azaltmaq;

· iqlim dəyişikliklərinə uyğunlaşmada dayanıqlılığıartırmaq;

· bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanlarıarasında əməkdaşlığı gücləndirmək;

· hamı üçün təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyəəlçatanlığı təmin etmək.

Merlər Razılaşması yuxarıda qeyd olunan məqsədlərə nail olmaqniyyətində olan, həmçinin Aİ-nın iqlim və enerji məqsədlərininyerinə yetirilməsi üzrə üzərinə könüllü təşəbbüslə çıxış edən yerlivə regional idarəetmə orqanları tərəfindən imzalanır. Təşəbbüsəqoşulmuş idarəetmə orqanı inzibati ərazi vahidi üzrə DayanıqlıEnerji və İqlim üzrə Fəaliyyət Planını (Sustainable Energy andClimate Action Plan – SECAP) hazırlamalı və həyata keçirməlidir.SECAP-ın həyata keçirilməsi Avropa İttifaqı, vətəndaş cəmiyyətləri,iqlim və enerji fondları, qeyri-hökumət təşkilatları və müxtəlifdonorlar tərəfindən dəstəklənir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (2012-ci ildə)və Mingəçevir Bələdiyyəsi (2017-ci ildə) Merlər RazılaşmasınaAzərbaycandan ilk qoşulanlardır. 2018-ci ilin 24 sentyabrtarixindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Aİ-ninİqlim və Enerji üzrə Merlər Razılaşmasının ölkə üzrə MilliƏlaqələndiricisi kimi müəyyən edilib.

Seçilən
50
2
az.trend.az

3Mənbələr