AZ

Astarada təhlükəli vəziyyət: Pensərçayda beton bəndlər çökdü, yol dağıldı – FOTOLAR

Astarada torpaq sürüşməsi baş verib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Pensərçayın Vaqo kəndindən keçən hissəsində beton bəndlər dağılaraq, torpaq qatı ilə birlikdə çaya tökülüb. Bunun nəticəsində kənd daxili yolun bir hissəsi ikiyə bölünüb. Sakinlər deyir ki, çayın suyu çox olsa idi, daha böyük fəlakətə yol açardı.

Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması üçün, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir. Astara Su Melorasiya sistemləri idarəsinin baş mühəndisi Fərid Yusifov bildirdi ki, hazırda ərazidə problemin aradan qaldırılması o qədər də asan deyil. Buna görə də Layihə İnstutunun və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri əraziyə təkim olunacaqlar və buranın layihələndirmə işləri həyata keçiriləcək. “Torpaq erroziyaya uğramış və nəticədə 72-ci illərdə tikilmiş bust bəndlərin 17 ədədi çaya aşmışdır. Digər 5 bəndə də ciddi ziyan dəymişdir. Bununla bağlı məsələyə aydınlıq gətirmək üçün Astara Su Melorasiya sistemləri idarəsinin mütəxəssisləri əraziyə təhkim olunmuş. İdarənin ekskovatoru ilə çay məcrasının səmti dəyişdirilir ki, həmin əraziyə daxil olub, bust bəndlərin ətrafı təmizlənsin”

Hazırda ərazidə təhlükəsizlik tədbirləri olaraq, lentlənmə işləri aparılıb. Əraziyə ciddi nəzarət olunur ki, nəqliyyat vasitələri dağılan yoldan keçəndə təhlükəli vəziyyət yaranmasın.

Seçilən
19
nocomment.az

1Mənbələr