AZ

Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA

Dövlət tibb müəssisələrində həkimlərin əməkhaqqına əlavə olaraq verilən bonusların ödənilmədiyinə dair xəbərlər yayılıb. Həkimlər deyirlər ki, maaşdan əlavə verilən müəyyən məbləğdə bonuslar 2025-ci ilin sentyabr-oktyabr aylarından indiyə kimi ödənilmir. Bunun isə tibb işçiləri arasında narazılığa səbəb olduğu bildirilir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilib ki, bonusların ödənilməsi davam etdirilir:

“Bonusların ödənilməsi "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq davam edir".

Qeyd edək ki, tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. (Modern.az)

Seçilən
2
3
fed.az

4Mənbələr