Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 256 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 68,2 % və yaxud 3,1 dəfə azdır.
Hesabat dövründə Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 15,4 % azalaraq 107 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox dəri və dəri məhsullarının idxalını Almaniya 9,429 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 25,8 % az), İtaliya 7,723 milyon ABŞ dolları (8,7 % çox) və Fransa 7,267 milyon ABŞ dolları (8,2 % çox) dəyərində həyata keçirib.
"Cebheinfo.az"