"Münasibətlərimizin indiki vəziyyətindən məmnunuq".
Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç deyib.
“Təbii ki, hər zaman daha yaxşısına can atmaq olar, amma ümumilikdə əməkdaşlığımız uğurla inkişaf edir və biz Azərbaycanla işləməyə hazırıq", - səfir bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə əsas əməkdaşlıq istiqamətləri sırasında ənənəvi mədəni və maarifləndirici tədbirlərlə yanaşı, bağlantı imkanı – əlaqəlilik xüsusi yer tutur:
"Əlaqəlilik enerji, rəqəmsal sahə, dəmir yolları, avtomobil yolları və digər istiqamətləri əhatə edir. Dediklərim bu gün və gələcək üçün çox vacib anlayışdır”.
Səfir həmçinin Aİ-nin Azərbaycanda həyata keçirdiyi “Avropada Təhsil”, “Avropa Təamları”, “Avropa Şəhərciyi” kimi tədbirlərin planlaşdırıldığını, növbəti mühüm tədbirin isə fevralın 13-də Naxçıvanda “Merlərin Razılaşması” (Covenant of Mayors) regional proqramı çərçivəsində keçiriləcəyini bildirib.