ain.az, 525.az portalına istinadən məlumat verir.
"Avropa İttifaqı (AI) Azərbaycan gənclərini daha parlaq gələcək naminə dəstəkləyir".
525.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundzic Aİ Nümayəndəliyi və Gənc Avropa Səfirləri Şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində Bakıda gənclər arasında keçirilən 5-ci Avropa Bilik Yarışmasının açılışında deyib
"Tədbirlərimiz və birgə fəaliyyətimiz vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər cəmiyyətlərimiz arasında körpülərin qurulmasında əsas rol oynayırlar. Bugünkü yarışma bunun gözəl nümunəsidir", - səfir söyləyib.
Qeyd edək ki, bu il Aİ- nin gənclər müsabiqəsində 69 nəfərin təmsil olunduğu 18 komanda iştirak edir. Final yarışması üçün hər biri 3-4 iştirakçıdan ibarət 4 komanda seçilib. Müsabiqə komandalar arasında viktorina formasında keçirilib.
Pərvanə Sultanova



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.