AZ

Astarada torpaq sürüşməsi: Beton bəndlər çöküb

Astarada Pensərçayın Vaqo kəndi ərazisindən keçən hissəsində baş verən sürüşmə nəticəsində beton bəndlər sıradan çıxıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində yol örtüyünün bir hissəsi dağılıb və nəqliyyat üçün yararsız vəziyyətə düşüb.

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə texnikalar vasitəsilə çayın məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır.

Astara Su Meliorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, hazırda ərazidə vəziyyətin stabilləşdirilməsi və yaranmış problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Təhlükəsizlik məqsədilə ərazidə lentlənmə işləri aparılıb və nəqliyyat vasitələrinin dağılan yol hissəsindən keçməsinin qarşısının alınması üçün nəzarət tədbirləri görülür.


Telegram kanalımız
Seçilən
32
6
yenisabah.az

7Mənbələr