AZ

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi

BAKI, 7 fevral. TELEQRAF

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Teleqraf xəbər verir ki, təlimin beşinci günündə Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı "Niyə biz savadlı danışmırıq?" mövzusunda danışıb.

MEDİA-nın Naxçıvan regional idarəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, dosent Vəfa İsgəndərova "Xəbər dilində məsuliyyət və ana dilinin qorunması" mövzusunda təlim keçib.

BDU-nun kafedra müdiri, dosent, AzTV-nin Teleradio Akademiyasının "Fokus" qrupunun rəhbəri Aynur Nəsirova və AzTV Xəbərin aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə "Nitqdə olan qüsurların aradan qaldırılması: praktik iş" mövzusunda təlim keçiblər.

Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

3 ay (2 ay Bakıda, 1 ay regionlarda) davam edəcək təlimlərdə televiziya və radio, və saytlarda çalışan 50-ə yaxın jurnalist, redaktor və aparıcı iştirak edəcək.

Sonda jurnalistlər arasında aparılan monitorinqin nəticələri açıqlanacaq. İştirakçılara sertifikat veriləcək.

Seçilən
30
6
teleqraf.com

10Mənbələr