AZ

“Liverpul” futbolçusu ilə müqaviləni yeniləyəcək

BAKI, 7 fevral. TELEQRAF

İngiltərənin “Liverpul” klubu futbolçusu Dominik Soboslai ilə müqaviləni yeniləməyə hazırlaşır.

Teleqraf “TEAMtalk” portalına istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı yarımmüdafiəçinin həftəlik 250 min funt-sterlinq (290 min avro) maaş tələbini qarşılamağa razıdırlar.

Hazırda “Liverpul”un ən çox qazanan oyunçusu Məhəmməd Salahdır (400 min funt). Yeni müqavilə ilə Soboslai komandanın ən yüksək ödənişli üzvlərindən biri olacaq.

Qeyd edək ki, Dominik Soboslai cari mövsüm 33 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 85 milyon avro qiymətləndirilir.

Seçilən
21
teleqraf.com

1Mənbələr