AZ

“Mançester Siti”nin cəzalandırılması APL-yə 2,8 milyard avroya başa gələ bilər

“Mançester Siti” klubunda İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittiham üzrə yekun qərarın gecikdirildiyi düşünülür.

90deqiqe.Az-ın "The Touchline"a istinadən məlumata görə, “şəhərlilər” hesab edir ki, bunun səbəbi mümkün nəticələrin Premyer Liqaya 2,5 milyard funt sterlinq (təxminən 2,8 milyard avro) məbləğində zərər vura bilməsidir. 

Mənbənin bildirdiyinə görə, əgər klub İngiltərə çempionatından kənarlaşdırılarsa, komandanın aparıcı simaları – hücumçu Erlinq Haland və baş məşqçi Xosep Qvardiola klubu tərk edəcək. Bu halda televiziya kanalları Premyer Liqa ilə olan müqavilələri ləğv etmək hüququ əldə edəcək ki, bu da turnirin ani olaraq 2,5 milyard funt itirməsinə səbəb olacaq.

Qeyd edək ki, Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”yə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı rəsmi ittiham irəli sürüb. APL-in sənədində 115 maddə yer alır.

Seçilən
11
90deqiqe.az

1Mənbələr