"Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsindən 2 il ötür. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə olaraq təşkil edildi".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu tarixi seçki 92,12% səslə İlham Əliyevin yenidən prezident seçilməsi və ərazi bütövlüyünün tam bərpası şəraitində keçirilən "Zəfər seçkisi" kimi xarakterizə olunur:
"Sonuncu növbədənkənar Prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb".
Deputat qeyd edib ki, son seçki yeni mərhələnin başlanması kimi xarakterizə olunur:
"Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənməsi də müşahidə edilir. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir".
Süleyman