AZ

Sabiq deputat: Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bu adamın fəaliyyətini tənqid etmək mümkün deyildi. Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı. 2023- cü ildə Parlamentin plenar iclaslarının birində bunun əməllərini kəskin tənqid etmişdim. Amansız təhqirlər və təhdidlərlə üzləşdim".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil üzrə tanınmş ekspert Etibar Əliyev sosial media səhifəsində yazıb.

Keçmiş deputatın sözlərinə görə, Saleh Məmmədovun sərvəti hesabına 1000- dən çox məktəb və uşaq baxçası tikmək olar: "Orada çalışanlardan biri deyir ki, bu cənabın saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır".

Xatırladaq ki, Prezident İlham Əliyev dünən imzaladığı sərəncama əsasən,  Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifədən azad edilib.

Qeyd edək ki, S.Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.

Digər sərəncamla Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin olunub.

Firudin Səfərli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
mia.az

2Mənbələr