AZ

Onun sui qəsdini biz təşkil etmişik Netanyahudan etiraf

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Netanyahu 2017-ci ildə Qəzza zolağında öldürülən Əl-Qəssam Briqadalarının komandiri Mazen Fukahanın sui-qəsdində İsrailin məsuliyyət daşıdığını etiraf edib.

"Unikal" xəbər verir ki,  bu barədə "I24" məlumat yayıb. 

Baş nazirin etirafı İsrail hökuməti tərəfindən dərc olunan sənədlərdə yayımlanıb. 

Xatırladaq ki, Qəzzadakı Daxili İşlər Nazirliyi 24 mart 2017-ci ildə Fukahanın İsrail agentləri tərəfindən öldürüldüyünü açıqlasa da, İsrail heç vaxt sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

Fukaha İsrail həbsxanalarında uzun müddət qaldıqdan sonra 2011-ci ildə məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmışdı. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
7
unikal.az

8Mənbələr