AZ

Dünyanın ən böyük futbol stadionu tikilir - Şəkil

style='margin-bottom:10px;'>

Vyetnam futbol dünyasında səs-küy salacaq iddialı memarlıq layihəsinə start verib.

QOL.az xəbər verir ki, Hanoy şəhərinin kənarında "Tronq Donq" stadionunun tikintisinə başlanılıb.

Bu arena tamamlandıqdan sonra rəsmi olaraq dünyanın sırf futbol üçün nəzərdə tutulmuş ən böyük stadionu olacaq. Layihənin dəyərinin yüz milyonlarla dollar olduğu bildirilir.

Stadionun göstəriciləri heyrətamizdir. Belə ki, arena 135 min azarkeş tutumuna malik olacaq. Layihənin ən özəl cəhətlərindən biri isə dünyanın ən böyük açılıb-bağlanan dam örtüyünə sahib olmasıdır. Bu sistem sayəsində regionun tropik yağışları və ya kəskin istiləri oyunların rahat şəkildə keçirilməsinə mane olmayacaq.

Qeyd edək ki, nəhəng tikintinin 2028-ci ilin avqustunda tam başa çatması planlaşdırılır.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr