AZ

Həyat yoldaşına böyrəyini verib, boşananda isə geri istəyib - FOTO

İllər əvvəl həyat yoldaşına böyrəyini verən şəxs boşananda onu geri istəyib.

Hakimiyyet.az xəbər verir ki, qeyri-adi hadisə ABŞ-də yaşanıb.

Belə ki, ABŞ-də yaşayan doktor Riçard Batista məhkəmədə boşanma iddiası qaldırarkən qəribə tələbələ çıxış edib.

2001-ci ildə iki uğursuz əməliyyatdan sonra həyat yoldaşı Davnel Batista üçün verdiyi böyrəyin maddi olaraq qarşılığını istəyib. 

Batista o dövrdəki bu qərarın həm həyat yoldaşının həyatını xilas etmək, həm də evliliyini davam etdirmək üçün verdiyini deyib. Ancaq illər sonra Davnel Batista ərinindən boşanmaq istəyəndə vəziyyət dəyişib.

Həkim Batista arvadını başqası ilə münasibətdə olmaqda ittiham edib. 49 yaşlı Batista iddia edib ki, onun səxavəti xəyanətlə qarşılanıb, həyat yoldaşı fizioterapevti ilə münasibətdə olub və onun üç uşağı ilə görüşməsinə mane olub. Qəzəbli ər məhkəmədə “ya böyrəyimi versin, ya da 1.5 milyon dollar ödəsin”  tələbi ilə çıxış edib. 

Məhkəməni yaxından izləyən tibb etikası mütəxəssisləri bu istəyin hüquqi və etik baxımdan qarşılığı olmadığını bildiriblər. Çünki onlar hesab edir ki, orqanını kiməsə vermək hədiyyə hesab olunur və geri alınması və ya onun maddi olaraq qiymətləndirilməsi mümkün deyil. 

2009-cu ildə boşanma işi yekunlaşada ər nə tələb etdiyi maddi təzminatı, nə də böyrəyi ala bilib. Məhkəmə böyrək köçülməsini hədiyyə kimi qiymətləndirib və tələbi qanunsuz hesab edib. Çünki böyrəyin geri qaytarılması qadının ölümünə səbəb ola bilərdi.

Buna görə də iş boşanma prosesində orqanın geri tələb edilməsinə dair qeyri-qanuni nümunə kimi cəmiyyətdə müzakirələrə səbəb olub. 

Billurə

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr