AZ

Şüşə butulkadakı kolalar niyə daha dadlıdır? 4 səbəb

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox insan sevdiyi kola və ya limonadın şüşə butulkada plastik qablaşdırmaya nisbətən daha dadlı olduğunu hiss edib. Məlum olub ki, bu fərq sadəcə subyektiv təəssürat deyil, elmi izahı olan real faktdır.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Niyə şüşə butulkadakı içkilər daha dadlı görünür?

Quality Bottles şirkətinin direktoru Roulend Kinqin sözlərinə görə, içkilərin şüşə qablaşdırmada daha yaxşı dad verməsinin dörd əsas səbəbi var.

Şüşə dadı dəyişmir

Plastik və ya metaldan fərqli olaraq, şüşə inert materialdır. O, içki ilə kimyəvi reaksiyaya girmir və məsaməli deyil. Bu səbəbdən şüşə nə qoxunu hopdurur, nə də içkiyə kənar dad ötürür. Nəticədə istehsalçının nəzərdə tutduğu dad butulka açılan ana qədər dəyişməz qalır.

Qazlılığın qorunması

Qazlı içkilərin əsas üstünlüyü onların təravət hissi yaradan karbon qazıdır. Plastik qablar zamanla mikroskopik miqdarda qazı çölə buraxa bilir. Şüşə isə tam hermetikdir. Bu da o deməkdir ki, şüşə butulkadakı içki daha uzun müddət güclü qazlı qalır və bu, dad qavrayışına birbaşa təsir edir.

Butulkanın forması da rol oynayır

Şüşə butulkaların dar boğazı aromanı daha yaxşı cəmləyir. İçkidən qurtum alarkən qoxu birbaşa buruna yönəlir. Mütəxəssislər bildirirlər ki, dad hissinin təxminən 80 faizi məhz qoxu ilə bağlıdır. Bu da içkinin daha zəngin və ləzzətli hiss edilməsinə səbəb olur.

Temperatur üstünlüyü

Şüşə butulkaların divarları daha qalın olduğundan içki daha bərabər soyuyur və soyuducudan çıxarıldıqdan sonra sərinliyini daha uzun müddət saxlayır. Temperatur dad reseptorlarının işinə birbaşa təsir etdiyindən, soyuq içki daha təravətli qəbul olunur.

Ekspertlərin fikrincə, məhz bu amillərin cəmi şüşə butulkadakı içkiləri plastik qablaşdırmadakı analoqlarından daha dadlı və keyfiyyətli göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
lent.az

1Mənbələr