“Barselona” heyətini gücləndirmək üçün planlar qurur.
90deqiqe.Az-ın "CaughtOffside"ya istinadən məlumata görə, Kataloniya klubunun diqqət mərkəzinə “Mançester Yunayted”in mərkəz müdafiəçisi Lisandro Martines düşüb.
Bildirilir ki, “Mançester Yunayted” 28 yaşlı futbolçunu satmaq niyyətində deyil. Bununla belə, “Barselona”ya yaxın mənbələr transferin mümkün ola biləcəyini, lakin bunun qiymətin münasib olmasından asılı olduğunu qeyd edirlər. “Qırmızı şeytanlar” Martines üçün təxminən 55 milyon avro tələb edə bilər.
Lisandro Martines “Mançester Yunayted”in heyətində ümumilikdə 104 oyun keçirib. Argentinalı müdafiəçi bu görüşlərdə 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.