AZ

Mədəni sərvətlərin qorunması tələblərini pozanlar 30 min manatadək cərimə ediləcək

Bakı. Trend:

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə 30min manatadək cərimə tətbiq ediləcək.

Trend-inməlumatına görə, İnzibati Xətalar Məcəlləsində bununla bağlıdəyişikliklər fevralın 1-dən qüvvəyə minib.

Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmişmilli mədəni irs obyektlerinin Azərbaycan Respublikasınınərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3min manat məbləğində, vəzifəli şəxslər 6min manat məbləğində, hüquqi şəxslər 20min manat məbləğində cərimə ediləcək. Bu əməllərintörədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu azmiqdarda ("az miqdarda" dedikdə, 3 min manatdanyuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər5 min manat məbləğində, vəzifəli şəxslər10 min manat məbləğində, hüquqi şəxslər 30min manat məbləğində cərimə ediləcək.

Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmişmədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerəköçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlarüçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya,konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərininaparılmasına görə fiziki şəxslər 3 min manatməbləğində, vəzifəli şəxslər 6 min manatməbləğində, hüquqi şəxslər 20 min manat məbləğindəcərimə ediləcək.

Bununla yanaşı, Mədəni və təbii irsin, o cümlədən "Tarix vəmədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraqtarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrətələblərin pozulmasına görə fiziki şəxslər 700manat məbləğində, vəzifəli şəxslər 1000 manatməbləğində, hüquqi şəxslər 3 min manat məbləğindəcərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədənisərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda"dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başadüşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manatməbləğində, vəzifəli şəxslər 10 min manatməbləğində, hüquqi şəxslər 30 min manat məbləğindəcərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindəninzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir ilərzində təkrar törədilməsinə görə fiziki şəxslər1000 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 6min manatməbləğində cərimə ediləcək.

Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarixvə ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləridayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdəaşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvilverilməməsinə görə fiziki şəxslər 200 manatməbləğində, vəzifəli şəxslər 400 manat məbləğində,hüquqi şəxslər 3 min manat məbləğində cəriməediləcək.

Seçilən
38
9
az.trend.az

10Mənbələr