sveçrəli dağ xizəkçisi Franyo fon Allmen İtaliyanın Bormio şəhərində keçirilən Olimpiya oyunlarında sürətli eniş yarışında qızıl medal qazanıb.
Bu barədə News365.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, qalib 1 dəqiqə 51,61 saniyə nəticəsini göstərib. İkinci yeri italiyalı Covanni Frantsoni, üçüncü yeri isə italiyalı Dominik Paris tutub.
24 yaşlı fon Allmen 2025-ci ildə ikiqat dünya çempionu olub və həmin turnirdə sürətli enişdə və komanda kombinasiyasında qalib gəlib.
İdmançılar İtaliyada keçirilən Olimpiya oyunlarında ilk medal dəsti uğrunda mübarizə aparıblar. Oyunlar fevralın 22-də başa çatacaq. Ümumilikdə 116 medal dəsti oynanılacaq.