AZ

"Yuventus" klubu Kenan Yıldızla razılığa gəldi - Müqavilənin detalları

Turinin "Yuventus" klubu hücumçu Kenan Yıldız və onun menecerləri ilə yeni uzunmüddətli müqavilə barədə şifahi razılığa gəlib.

News365.az-ın məlumatına görə, bu barədə insayder Fabritsio Romano öz "X" hesabında məlumat verib.

Mənbənin məlumatına görə, yeni müqavilə dördillik nəzərdə tutulacaq.

Bildirilir ki, Kenan Yıldız yeni müqaviləyə imza atmağa razılaşıb və bu müqaviləyə əsasən, o, komandada ən çox maaş alan oyunçularından biri olacaq.

Qeyd edək ki, Kenan Yıldız 2022-ci ilin yayında "Bavariya"dan azad agent statusunda "Yuventus"un gənclər komandasına keçib. Bu mövsüm 20 yaşlı cinah oyunçusunun hesabında bütün turnirlərdə 31 matçda 9 qol və 8 məhsuldar ötürmə var.

Seçilən
23
news365.az

1Mənbələr