AZ

"Arsenal"ın ən yaxşısı seçildi

"Arsenal" klubu yanvar ayının ən yaxşı futbolçusunu müəyyənləşdirib.

"Unikal" xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin qalibi komandanın isveçli hücumçusu Viktor Dyokereş olub.

Səslərin 48 faizini toplayan skandinaviyalı forvard Qabriel Jezus, Martin Zubimendi və Qabriel Martinellini geridə qoyaraq birinci olub.

Qeyd edək ki, ötən ay "topçular"ın heyətində 8 oyuna çıxan Dyokereş 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
8
6
unikal.az

8Mənbələr