AZ

Alkaras Cokoviçin unikal seriyasını bitirdi

Mövsümün “Böyük dəbilqə” seriyasından olan ilk turniri bazar günü başa çatdı. Kişilər arasında Karlos Alkaras, qadınlar arasında isə Yelena Rıbakina qalib gəldi. Amma yarımfinal oyunları ilə bağlı da maraqlı məqamlar var.
Karlos Alkarasla Aleksandr Zverev arasındakı görüş 5 saat 27 dəqiə davam etdi. İspaniyalı Alkaras ardıcıl 4 “Böyük dəbilqə” funalına çıxan ən gənc (22 yaş 258 gün) tennisçi oldu. O, 23 yaş 318 günlüyündə belə seriya yaxalayan Yannik Sinnerin rekordunu yenilədi.
Elə adı çəkilən Sinnerlə Novak Cokoviç arasındakı yarımfinal oyunu da uzun – 4 saat 11 dəqiqə çəkdi. 38 yaşlı serb ulduz 38-ci dəfə “Böyük dəbilqə” finalına çıxmaqla öz rekordunu yenilədi. Bu göstəricidə ilk “3-lüy”ə Rocer Federerlə (31) Rafael Nadal (30) da daxildi.
Beləliklə, kişilərin final görüşündə Cokoviçlə Alkaras qarşılaşdı. Coko indiyə qədər çıxdığı 37 finalın 24-də qalib gəlmiş, 13-də uduzmuşdu. “Australian Open”də 10 dəfə həlledici oyuna qalmış və hamısından qalib ayrılmışdı. Amma Alkaras Novakın bu möhtəşəm seriyasını qırdı. İspaniyalı ulduz 3 saat 4 dəqiqə davam edən görüşdən qalib ayrıldı. O, karyerasında ilk dəfə “Australian Open”i, ümumilikdə 25-ci titulu qazandı. Cokoviçin isə “Böyük dəbilqə” turnirlərini 25-ci dəfə qazanmaq arzusu çin olmadı.
Qadınlar arasındakı final görüşündə Yelena Rıbakina qələbəni bayram etdi. 26 yaşlı Qazaxıstan təmsilçisi belaruslu Arina Sobolenkodan üstün oldu. Yelana karyerasında 2-ci dəfə “Böyük dəbilqə” turnirini qazandı. O, 2022-ci ildə “Umbldon”un da qalibi olub. 27 yaşlı Sobolenko isə 4 dəfə “Australian Open”in finalında oynayıb, iki dəfə udub, iki dəfə uduzub. Arina ötən il də həlledici oyunda amerikalı Medison Kizlə bacarmamışdı.
Onu da xatırladaq ki, finalda qalib gələn tennisçilər 2 milyon 905 min, məğlublar isə 1 milyon 505 min dollar mükafat alıb.
Kişilər
yarımfinal
Alkaras (İspaniya, 1) - Zverev (Almaniya, 3) 6:4, 7:6 (7:5), 6:7 (3:7), 6:7 (4:7), 7:5
Cokoviç (Serbiya, 4) - Sinner (İtaliya, 2) 3:6, 6:3, 4:6, 6:4, 6:4
final
Alkaras (İspaniya, 1) - Cokoviç (Serbiya, 4) 2:6, 6:2, 6:3, 7:5
cütlərin yarışı, final
Harrison/Skupski (ABŞ/B.Britaniya, 6) – Kubler/Polmans (Avstraliya) 7:6 (7:4), 6:4
Qadınlar
final
Rıbakina (Qazaxıstan, 5) - Sobolenko (Belarus, 1) 6:4, 4:6, 6:4
cütlərin yarışı, final
Mertens/Şuay (Belçika/Çin, 4) – Danilina/Kruniç (Qazaxıstan/Serbiya, 7) 7:6 (7:4), 6:4
Mikst, final
Qadeki/Pirs (Avstraliya) – Mladenoviç/Ginar (Fransa) 4:6, 6:3, 10:8

Reaksiyalar
Yelena Rıbakina: “Əvvəlki səviyyəyə qayıda biləcəyimə həmişə inanırdım. Əlbəttə, hər kəsin karyerasında eniş-yoxuşlar olur. Bəzən düşünürdüm ki, bəlkə bir də heç vaxt finalda oynamayacam və ya titul qazanmayacam. Ancaq hər şey işləməkdən asılıdı. Komandmla çox çalışırdım, mən şübhəyə düşəndə onlar məni dəstəkləyirdi. Güclü rəqiblər üzərindəki qələbələrdən sonra özünə daha çox inanmağa və kortda özünü inamlı hiss etməyə başlayırsan”.
Arina Sobolenko: “Çox məyusam. Ona görə ki, imkanlarım bar idi, müəyyən məqama qədər yaxşı oynayırdım, ancaq sonra Yelenın aqressivliyinə qarşı dura bilmədim. Ancaq ümumilikdə byrda əla tennis göstərdim, hətta finalda da sona qədər döyüşdüm. Bacardığım qədər çalışdım, abcaq Yelena bu gün daha yaxşı idi. Komandamla danışacam, hələ ki məndən qaçırlar, bilirlər ki, belə məqamda yaxşı mənə yaxınlaşmamaqdı” (gülür).
Novak Cokoviç: “Karlosu təbrik edirəm. Sənin etdiklərin... Bunu sözlə belə ifadə edərdim – tarixi, əfsanəvi... Odu ki, təbrik edirəm, sənə karyeranda uğurlar arzulayıram. Əminəm ki, növbəti 10 ildə də hələ çox görüşəcəyik. Tribunada olan əfsanəvi Rafael Nadala da müraciət etmək istəyirəm. Səni kortda yox, orda görmək çox qəribədi. Sadəcə, demək istəyirəm ki, səninlə kortu bölüşmək mənim üçün böyük şərəf idi. Burda çoxlu ispaniyalı əfsanə var. Bu axşam elə təəssürat yaranır ki, iki nəfər bir nəfərə qarşı oynayırdı. Ədalətsizlikdi, amma dözmək olar”.
Karlos Alkaras: “Hər şeydən əvvəl Novak haqda danışmaq istəyirəm. Sənin indiyə qədər etdiklərin məni və bütün dünyada olan adamları ruhlandırır. Sənun oyunun, komandanla birgə hər məşqdə etdiklərin xoşuma gəlir. Sənlə paltardəyişmə otağını və kortu bölüşmək mənim üçün böyük şərəfdi. Düşünürəm ki, bu titula qazanmaq üçün necə yorulmadan çalışdığımı heç kim bilmir. Komandamla birgə hər şeyi düz tdik. Bu gün məni dəstəkləyən hər kəsə ürəkdən minnətdarlıq edirəm. Bu titul həmişə sizin olacaq”.

Seçilən
18
1
football-plus.az

2Mənbələr