AZ

Sankt-Peterburqda ticarət mərkəzindən 200 nəfər təxliyə edilib

Sankt-Peterburqun Vladimirski prospektindəki binada yanğın baş verib, 200 nəfər təxliyə edilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu prospektdə "Vladimirski passaj" ticarət mərkəzi yerləşir.

Yardımçı otaqda 2 kv. m sahədə yanğın baş verib. Yanğın saat 16:18-də söndürülüb.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd texnikası və 15 nəfər şəxsi heyəti cəlb edilib.

Seçilən
18
8
missiya.az

10Mənbələr