AZ

Aydın çempionluğu əldən verdi

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turniri başa çatıb.

"Football-plus.az" xəbər verir ki, həmvətənimiz Aydın Süleymanlının 10 turdan sonra 8 xalla turnir cədvəlinin önündə qərarlaşdığımı xəbər vermişdik.

Təəssüf ki, son turlar onun üçün uğursuz olub. Aydın 11-ci turda ukraynalı Vasili İvançuka uduzub, 12-ci turda fransalı Mark-Andrea Mauritsini məğlub edib. Son tur ərəfəsində 9 xalla amerikalı Endi Vudvortla 1-2-ci yerləri bölüşən Aydın əlavə göstəricilərə görə hətta lider idi. Amma Süleymanlı son turda da serbiyalı şVelimir İliçə məğlub olub.

Beləliklə, Azərbaycan təmsilçisi 9 xalla 3-cü yeri tutub. Turnirin qalibi 10 xal toplamış amerikalı Vudvort olub, 2-ci yerdə 9,5 xalla İvançuk qərarlaşıb.
“Challengers” turnirinin qalibi Vudvort növbəti il Veyk-an-Zee festivalının əsas yarışı olan “Masters” turnirində çıxış edəcək. Aydın isə ötən il “Challengers”də 2-ci yeri tutmuşdu, yəni ardıcıl 2-ci il festivalın əsas turnirinə vəsiqə qazana bilmədi.

Seçilən
27
football-plus.az

1Mənbələr