AZ

“İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimənin atası: “Boynundan 16 qırma çıxarılıb”

Bakının “İdrak” liseyində 10-cu sinif şagirdinin silahlı hücumuna məruz qalan riyaziyyat müəlliməsi Şəhla Kamilovanın atası Fəqani Kamilov AzTV telekanalına danışıb.

Oxu.Az xəbər verir ki, zərərçəkənin atası açıqlamasında bildirib ki, qızının səhhəti hazırda stabildir və o, yaxın vaxtlarda palataya yerləşdiriləcək.

Eyni zamanda cərrahi müdaxilənin uğurlu alındığını vurğulayan F.Kamilov qızının boyun nahiyəsindən 16 qırmanın çıxarıldığını deyib.

“Sosial şəbəkədə bilib-bilmədən, nə gəldi yazırlar. Hadisə ilə bağlı prokurorluq rəsmi olaraq açıqlama verəcək”, – deyə F.Kamilov qeyd edib.

Xatırladaq ki, ötən gün Bakı şəhərində fəaliyyət göstərən “İdrak” liseyində silahlı insident qeydə alınıb. Təhsil ocağının 10-cu sinif şagirdi Ə.Ş. liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb.

Seçilən
7
3
editor.az

4Mənbələr