AZ

"Savadlı danışıq, xəbər dilində məsuliyyət" mövzusunda təlim keçirilib

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

AzNews.az xəbər verir ki, təlimin beşinci günündə ustad dərslərini Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova, BDU-nun kafedra müdiri, AzTV-nin Teleradio Akademiyasının "Fokus" qrupunun rəhbəri Aynur Nəsirova, AzTV-nin xəbər aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə keçiblər.

Bu dəfə təlim "Savadlı danışıq, xəbər dilində məsuliyyət" mövzusuna həsr olunub.

Təlim çərçivəsində Telli Pənahqızı "Niyə biz savadlı danışmırıq?" mövzusuna toxunub.

O, Azərbaycan dilinin zəngin olduğunu, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini vurğulayıb. Telli Pənahqızı televiziya əməkdaşlarının danışıq tərzi ilə tamaşaçıya örnək olmasını və dilin qorunmasının hər bir media nümayəndəsinin borcu olduğunu bildirib.

Digər çıxışlarda xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırması mövzusuna toxunulub.

Eyni zamanda xəbər mətnində pafosun yolverilməzliyi, aparıcının efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanışlığının vacibliyi, mətndə uyğun olmayan ifadələrə rast gəldiyi halda onları dəyişməkdən çəkinməməli olması diqqətə çatdırılıb.

Seçilən
17
13
aznews.az

10Mənbələr