
“İdrak” liseyində silahlı insident törədən şagird barəsində hüquqi qərar verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə tərəfindən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hadisəni törədən şagirdə qarşı Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rəsmi ittiham irəli sürülüb. İstintaq tədbirləri çərçivəsində şagirdin həbsdə qalması qərara alınıb.
Qeyd edək ki, sözügedən maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin mövcud qanunvericiliyə görə, 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.