Amerika tərəfi Ukrayna ilə Rusiya Federasiyası arasında sülh razılaşmalarının əldə edilməsi üçün sürətləndirilmiş bir müddətdə israr edir və həmçinin yaxın aylarda Ukraynada ümumxalq referendumunun təşkili imkanını nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb .
ABŞ və Ukrayna danışıqları aparanları Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanması ehtimalını mart ayında müzakirə ediblər, baxmayaraq ki, danışıqlarla tanış olan üç mənbəyə görə, əsas məsələ - ərazilər üzrə razılığın olmaması səbəbindən bu son tarix təxirə salına bilər.
Anonimlik şərti ilə danışan beş mənbə bildirib ki, ABŞ və Ukrayna danışıqları aparanları tərəfindən müzakirə edilən çərçivəyə əsasən , istənilən razılaşma təsdiq üçün Ukrayna seçicilərinə təqdim ediləcək və onlar eyni vaxtda milli seçkilərdə səs verəcəklər.
Xüsusi elçi Stiv Vitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ danışıqlar qrupu, Əbu-Dabi və Mayamidə keçirilən son görüşlərdə ukraynalı həmkarlarına bu səsvermənin tezliklə keçirilməsinin ən yaxşı yol olduğunu bildirib.
İki mənbənin verdiyi məlumata görə, ABŞ danışıqçıları bildiriblər ki, noyabr ayında keçiriləcək aralıq konqres seçkiləri yaxınlaşdıqca Prezident Tramp daha çox daxili məsələlərə diqqət yetirəcək, bu da ABŞ-ın yüksək vəzifəli rəsmilərinin sülh sazişi bağlamaq üçün daha az vaxtı və siyasi kapitalı olacaq deməkdir.
Aytən Yaşar/ Tukustan.az