AZ

Əfqanıstanda yol qəzası nəticəsində 12 nəfər ölüb

Əfqanıstanın Bədəxşan vilayətinin şimalında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 12 nəfər ölüb, daha üç nəfər ağır yaralanıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qurbanlar arasında qadınların və uşaqların olduğu bildirilir.

Qəza vilayətin paytaxtı Feyzabaddan Arqancxva rayon mərkəzinə gedən sərnişin maşınının yoldan çıxaraq dərəyə aşması nəticəsində baş verib.

"Cebheinfo.az"

Seçilən
9
6
cebheinfo.az

8Mənbələr