AZ

Sankt-Peterburqda ticarət mərkəzində yanğın oldu

Rusiyanın Sankt-Peterburq vilayətinin Vladimirski prospektindəki binada yanğın baş verib, 200 nəfər təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Peterburq üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bu prospektdə "Vladimirski passaj" ticarət mərkəzi yerləşir.

Yardımçı otaqda 2 kv. m sahədə yanğın baş verib. Yanğın saat 16:18-də söndürülüb.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd texnikası və 15 nəfər şəxsi heyəti cəlb edilib.

Seçilən
8
8
bakivaxti.az

10Mənbələr