"Bu gün çox zəif oynadıq".

Offsideplus.az xəbər verir ki, bunu "Gəncə"yə məğlub olduqları matçdan sonra NTD-nin baş məşqçisi Tahir Baxşıyev deyib.

O, klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bildirib:

"Müdafiədə çoxlu səhvlərə yol verdik. Yüksək səviyyədə çıxış etmədik. Rəqib qələbəyə daha çox layiq idi. “Gəncə” qələbəni daha çox istəyirdi.

Qarşıda “Abşeron Lions”la oyun var. Bu oyuna hazırlaşacağıq"