Fevralın 7-də cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların seçimi” turnirinin I turu start götürüb.
İdman.Biz bildirir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışa 72 klub və idman cəmiyyətindən ümumilikdə 14 çəki dərəcəsində olan 314 idmançı (270 oğlan, 44 qız) mübarizə qoşulub.
İlk yarış günündə 7 çəkidə 152 cüdoçu tatamiyə çıxıb. Qızlar -40 kq, -48 kq, -57 kq; oğlanlar isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
Qeyd edək ki, “İstedadların seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Sunay Salamova (RKİM)
2. Rəvanə Əliquliyeva (Qəbələ Bakı)
-48 kq
1. Mədinə Hüseynova (Saray İK)
2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Səfurə İsmayılova (Qəbələ İK şəhər)
-57 kq
1. Səma Vəlizadə (Neftçi Sumqayıt)
2. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hənifə Qandaxova (Elxan İK)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
Oğlanlar
-50 kq
1. Ülvi Cəlilzadə (Neftçi İK)
2. Rza Ayvazlı (Şağan OİK)
3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Nihat Novruzov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-60 kq
1. Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Sinan Qənbərli (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Harun Sultanov (Sərhədçi İM)
3. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-73 kq
1. Əli Əliyev (Neftçi Siyəzən)
2. Familhüseyn Əlizadə (Sərhədçi İM)
3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
-90 kq
1. Ömər Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Mehdi Məmmədli (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Qədir Umudəliyev (Qədiroğlu İK)
3. Munir Əlizadə (Atilla İK)