AZ

Ufada tələbələrə hücum edən yeniyetmə milliyyətçi şüarlar səsləndirib - YENİLƏNİB

Ufada tibb universitetinin yataqxanasında tələbələrə hücum edən şəxs milliyyətçi şüarlar səsləndirib.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hücum edən şəxsin yeniyetmə olduğu məlum olub. Tələbələrlə yanaşı, iki polis əməkdaşı da xəsarət alıb.

Cinayətkar saxlanılarkən müqavimət göstərib və özünə bədən xəsarəti yetirib.

Hadisə xarici tələbələr üçün nəzərdə tutulan yataqxananın korpusunda baş verib.

Şahidlərin məlumatına görə, hücum edən şəxs milliyyətçi şüarlar səsləndirib. Bundan başqa, cinayətkar binada fişəng partladıb və yanğın törətmək niyyətində olub.

Ufada ali məktəblərdən birinin yataqxanasında dörd tələbəni və bir polisi bıçaqla yaralayan kişi saxlanılıb.

"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkədə məlumat verib.

"Ufada ali məktəblərdən birinin yataqxanasında dörd tələbəyə və bir polisə xəsarət yetirən kişi saxlanılıb", - o qeyd edib.

İ.Volkun sözlərinə görə, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Seçilən
26
far.az

1Mənbələr