AZ

"Crocus işi"ndə gizli şahid ortaya çıxdı

"Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işi çərçivəsində məxfi şahid dindirilib.

Publika.az xəbər verir ki, "RİA Novosti"yə adı açıqlnmayan mənbə məlumat verib.

Bildirilib ki, məhkəmə istintaqına əlavələr mərhələsində məxfi şahidin ifadələri araşdırılıb. Yanvarın 16-da 2-ci Qərb Dairə Hərbi Məhkəməsi paytaxt məhkəməsində keçirilən səyyar iclasda terror aktı işi üzrə dörd əsas fiqurantı dindirib.

Moskva ətrafındakı Krasnoqorskda yerləşən "Crocus City Hall"dakı faciəli hadisələr 2024-cü il martın 22-də "Piknik" qrupunun konserti başlamazdan bir qədər əvvəl baş verib. Silahlı şəxslər ziyarətçilərə hücum edərək atəş açıblar və konsert zalında yanğın törədiblər. Hücum nəticəsində 149 nəfər həlak olub, xəsarət alanların sayı isə 600-ü keçib.

Seçilən
55
publika.az

1Mənbələr