AZ

“Qarabağ” “Turan Tovuz”u çempionluq yarışından kənarda qoydu - REPORTAJ

Qarabağ (Ağdam) – Turan Tovuz 1:0 (1:0)
99. Mateuş Koxalski – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
(27. Toral Bayramov, 84) – qiymətsiz
81. Kevin Medina – 6,0
13. Bəhlul Mustafazadə - 6,0
2. Mateus Silva – 5,5
8. Marko Yankoviç – 5,5
(20. Kadi Borges, 84) – qiymətsiz
35. Pedro Bikalyo – 5,5
10. Abdulla Zubir (k) – 6,5
9. Xoni Montiel – 5,0
(11. Emmanuel Addai, 66) – 5,5
15. Leandro Andrade – 5,5
(21. Aleksey Kaşuk, 84) – qiymətsiz
17. Kamilo Duran – 5,5
(22. Musa Qurbanlı, 90+2) – qiymətsiz

Ehtiyat oyunçular
97. Fabian Buntiç
3. Sami Mmae
6. Kris Kuaku
18. Dani Bolt
32. Hikmət Cəbrayılzadə
7. Nəriman Axundzadə
77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

1. Oleq Baklov – 5,5
3. Enrike Silva – 5,5
5. Roderik Miller – 6,0
32. Hayderson Urtado – 5.5
15. Emmanuel Hakman – 5,5
88. Faiq Hacıyev (k) – 5,5
29. Filip Ozobiç – 5,0
(19. Roberto Olabe, 62) – 5,5
23. Alexandro Serrano – 5,5
17. Rəhim Sadıxov – 5,0
(10. Xəyal Nəcəfov, 90) – qiymətsiz
99. İbrahima Vaci – 5,0
(90. Joarlem Batista, 62) – 5,0
11. Ayxan Hüseynov – 5,5
(9. Coş Cinnelli, 75) – 5,0

Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
6. Fərid Yusifli
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Roderik Miller

Qol: A.Zubir, 41.
Vərəqələr: F.Hacıyev, 11 (qeyri-idman hərəkəti). F.Ozobiç, 35 (qeyri-idman hərəkəti). X.Montiel, 35 (qeyri-idman hərəkəti). İ.Vaci, 44 (qeyri-idman hərəkəti). M.Yankoviç, 47 (qeyri-idman hərəkəti). R.Miller, 55 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
1 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 2617 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Liverpuldan yorğun qayıdan “Qarabağ” “Turan Tovuz” üçün “yağlı tikə” rolunu oynaya bilərdi. Lakin Qurban Qurbanovun aparıcı oyunçulara şans verməsi Kurban Berdıyevin bəzi planlarını alt-üst etdi desək, yanılmarıq.

Bəli, “köhlən atlar” bu oyunda vacib qələbə qazanmaqla “Sabah”la aradakı xal fərqinin artmasına imkan vermədi. Yenə də qonaqların daha üstün performansla diqqəti çəkdiyini vurğulamalıyıq. Ona görə ki, “bozqurd” hələ 24-cü dəqiqədə hesabı aça bilərdi. Ancaq Koxalski özünü yaxşı tərəfdən göstərdi. Bir qədər sonra Baklov komandasının hesabda geri düşməsinə göz yummadı. Qolkiper Zubirin başla zərbəsini zərərsizləşdirməklə “bozqurd”u sevindirdi. Ancaq ona da Zubir deyərlər. Axı inadından dönməyən fransalı Duranın cərimə meydançasına göndərdiyi topu uzaqlaşdırmağa çalışan Enrikenin diqqətsizliyi üzündən “kürə”ni ələ keçirərək fərqləndi. Əslində qonaqlr dərhal hesabə bərabərləşdirə bilərdi. Lakin Vacinin tora qovuşdurmaq istədiyi “kürə” dirəkdən döndü. Belədə “Qarabağ” fasiləyə öndə yollandı.

İkinci hissədə də bir neçə təhlükəli vəziyyət izlədik. İş ondadı ki, şanslar əldən verildi. “Qarabağ”dan Silva ilə Medina, “Turan Tovuz”dan Ayxan qeyri-dəqiq oynadı. Qonaqlar adəti üzrə son dəqiqələrdə təzyiqi daha da artırdı. Əvvəlcə Miller dəqiq oynamadısa, ardınca bir neçə gün əvvəl heyətə cəlb olunan və bu görüşdə debüt edən Cinnelli Koxalskiylə bacarmadı. Bir qədər sonra Addai ardıcıl iki fürsəti boşa verdi. Qanalı ilk cəhddə Baklovu aldada bilmədi. Növbəti imkan isə qeyri-dəqiqliyin qurbanı oldu. “Bozqurd” ən böyük şansı 90+5-ci dəqiqədə əldən verdi: Millerin başla zərbəsi topun dirəyə çırpılmasıyla nəticələndi.

Belədə “Turan Tovuz” çempionluq iddiasından növbəti cəhddə də aralı düşdü. “Qarabağ” isə “Sabah”ı qarabaqara izləyir.

KƏNAN BAHADIR

Seçilən
15
football-plus.az

1Mənbələr