AZ

Bakıda borc verməyən tanışını talayan şəxs saxlanılıb

Bakıda borc verməyən tanışını talayan şəxs saxlanılıb

Fevralın 6-da paytaxtın Nəsimi rayonunda parkların birində soyğunçuluq hadisəsi baş verib. Bir nəfər polisə müraciət edərək tanışı tərəfindən fiziki zorakılığa məruz qaldığını və əmlakının əlindən alındığını bildirib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkmiş şəxs tanışının ona fiziki zor tətbiq edərək 106 manat pulunu və mobil telefonunu taladığını qeyd edib. Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı hadisənin maraqlı təfərrüatı üzə çıxıb. Məlum olub ki, Z.Tağıyev zərərçəkəndən əvvəlcə borc pul istəyib. Qarşı tərəf bundan imtina etdikdən sonra o, zor tətbiq edərək talama hadisəsini törədib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
15
afn.az

1Mənbələr