AZ

Bu klubun simvolu olan pişik öldü

Belqradın “Srvena Zvezda” basketbol klubu ev arenasının qeyri-rəsmi simvolu olan pişik Ljubitsanın öldüyünü bildirib.

Publika.az xəbər verir ki, Belqrad klubunun mətbuat xidməti yazıb: “Dərin kədər hissi ilə ictimaiyyətə bildiririk ki, 18 il ərzində çoxsaylı tədbirlərdə və yarışlarda iştirak etmiş və həm ölkə daxilində, həm də xaricdə böyük sevgi qazanmış Lyubitsa dünyanın ən yaxşı zalında öldü”.

“Avropanın indiyə qədər tanıdığı ən böyük idman azarkeşi ilə dərin kədərlə vidalaşırıq. Evimizi, “Pioner”i və təkrarolunmaz Ljubitsanın xatirəsini qoru!”, – deyə pişiyin rəsmi səhifəsindəki mesajda bildirilir.

Seçilən
18
publika.az

1Mənbələr